RU

Avropa İttifaqı terror siyahısını yeniləyib

Avropa İttifaqı terror siyahısını yeniləyib

Avropa İttifaqı (Aİ) PKK və DHKP-C kimi terror təşkilatlarının da yer aldığı terror siyahısına ABŞ-da yerləşən “Baza” adlı ifrat sağçı təşkilatı əlavə edib.Aİ Şurasından verilən açıqlamaya görə, AB fərdlərin, qurumların və şəxslərin maliyyə aktivlərinin dondurulması kimi sanksiya tətbiq edən ifrat sağçı "Baza" təşkilatını PKK və DHKP-C kimi terror təşkilatları siyahısına daxil edib.Açıqlamada “The Base”nin 2018-ci ildə Rinaldo Nazzaro tərəfindən qurulduğu və terror aktlarında iştirak edən ifrat sağçı təşkilat olduğu bildirilib.ABŞ mərkəzli təşkilatın Aİ-yə üzv ölkələrdəki vəsaitlərinin, maliyyə aktivlərinin və iqtisadi qaynaqlarının dondurulmasına qərar verildiyi və Aİ ölkələrinin təşkilata vəsait və iqtisadi qaynaqlar verməsinin qadağan edildiyi bildirilib.İlk dəfə 2001-ci il sentyabrın 11-də ABŞ-da baş verən terror aktlarından sonra yaradılan siyahıya 22 təşkilat və 15 şəxs daxildir.Qeyd edək ki, Aİ Şurası 2002-ci ildə PKK-nı terror təşkilatları siyahısına daxil edib.Mənbə: AA

Избранный
26
2
afn.az

3Источники