Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, jurnalistlərin parlamentə gəlməsinə tam normal yanaşır.
Qabil Hüseynli açıqlamasında Sərdar Cəlaloğlunun da həkim olduğunu vurğulayıb.
“Sərdar bəy yüksək intellektə malik olan siyasətçidir. Belə götürəndə Sərdar bəy özü də həkimdir. Onun ciddi siyasi ambisiyaları var və parlamentə də düşmək istəyir. Mən onun bəzi fikirləri ilə razılaşıram. Məsələn, şou əhlindən olan nümayəndələrin və s. parlamentə düşməsinə mən də qəti razı deyiləm. Amma jurnalistləri bu kateqoriyaya aid etmək düzgün deyil. Savadlı jurnalist cəmiyyətin fəal qüvvəsidir. Bir çox məsələlərdə, həmçinin, siyasi məsələlərdə aktiv hərəkət edirlər. Siyasət haqqında ən çox araşdıranlar elə jurnalistlərdir. Ona görə də jurnalistlərin parlamentə gəlməsinə tam normal yanaşıram”.
Əfsanə Rəcəb
Demokrat.az