Göygöldə bıçaqlanma hadisəsi baş verib.
Sfera.az-ın məlumatına görə, hadisə rayonda yerləşən parkların birində qeydə alınıb.
1989-cu il təvəllüdlü S.Nəsibova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Qadın dərhal əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, S. Nəsibova öz oğlu tərəfindən bıçaqlanıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü R. Yusibov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.