Dünyanın ən böyük həyat keyfiyyəti məlumat bazası “Numbeo”nun ekspertləri İrəvan, Bakı və Tbilisidə mənzillərin qiymətini hesablayıblar.
Yenisabah.az xəbər verir ki, hesablamalara əsasən:
Bakı
“Numbeo”nun məlumatına görə, Bakının mərkəzində mənzilin 1 kvadratmetri orta hesabla 1800 dollara, mərkəzdən kənarda isə 900 dollara satılır.
Azərbaycanın paytaxtının mərkəzində 1 otaqlı mənzilin kirayəsi ayda orta hesabla 465 dollar, mərkəzdən kənarda isə 255 dollardır.
Bakının mərkəzində üç otaqlı mənzili orta hesabla ayda 1930 dollara, mərkəzdən kənarda isə 420 dollara kirayə vermək olar.
İrəvan
İrəvanın mərkəzində 1 kvadratmetr orta hesabla 3400 dollara, mərkəzdən kənarda isə 1600 dollara satılır.
Ermənistan paytaxtının mərkəzində bir otaqlı mənzilin kirayəsi ayda orta hesabla 955 dollara, mərkəzdən kənarda isə 640 dollara başa gəlir.
İrəvanın mərkəzində 3 otaqlı mənzili orta hesabla ayda 1600 dollara, mərkəzdən kənarda isə 975 dollara kirayə vermək olar.
Tbilisi
Ekspertlərin fikrincə, Tbilisinin mərkəzində mənzilin 1 kvadratmetri orta hesabla 2030 dollara, mərkəzdən kənarda isə 1060 dollara satılır.
Gürcüstan paytaxtının mərkəzində bir otaqlı mənzilin kirayəsi ayda orta hesabla 725 dollar, mərkəzdən kənarda isə 470 dollardır.
Tbilisinin mərkəzində üç otaqlı mənzili ayda orta hesabla 1355 dollara, mərkəzdən kənarda isə 800 dollara kirayə vermək olar.
Telegram kanalımız