RU

Göygöldə oğlu tərəfindən 8 bıçaq zərbəsi alan qadının SON VƏZİYYƏTİ açıqlandı

Oğlu tərəfindən bıçaqlanan 1989-cu il təvəllüldü S. Nəsibova bədənin kəsilmiş-deşilmiş yaraları ilə Gəncə şəhər Birləşmiş xəstəxananın nəznində Abbas Səhhət adına xəstəxanaya gətirilib.

Tibb müəssisəsinin cərrahı Gülmira İbrahimovanın Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə, zərərçəkən daxilə keçən, qanaxmaya səbəb olan yaralarla qəbul şöbəsinə daxil olub.  
 

MÖVZU İLƏ BAĞLI:

Göygöldə oğul anasını BIÇAQLADI


Əməliyyat zamanı  müəyyən edilib ki, xəstə biri daxilə nüfuz edən, digərləri isə əzələ və toxumaları zədələyən 8 bıçaq xəsarəti alıb.  

S. Nəsibova dərhal əməliyyat olunub, hazırda vəziyyəti orta ağır, stabil qiymətləndirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Избранный
15
3
bizim.media

10Источники