RU

Avropa İttifaqı Rusiyanın pulundan Ukraynaya 1,5 milyard avro ayırıb

Avropa İttifaqı Ukraynaya dəstək olaraq Rusiyanın dondurulmuş aktivlərindən 1,5 milyard avroluq ilk tranşı köçürüb.

Bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

Aİ operatorları və mərkəzi qiymətli kağızlar depozitarlarının Rusiyanın dondurulmuş suveren aktivlərindən əldə etdiyi gəlirlər Avropa Komissiyası tərəfindən iyulun 23-də birinci tranş kimi “Euroclear”a köçürülüb. İndi bu vəsait Avropa Sülh Fondu və Ukrayna üçün Fond vasitəsilə Ukraynanın hərbi potensialının gücləndirilməsi və ölkənin bərpasına yönəldiləcək.

Aİ operatorlarının əldə etdiyi gəlir mərkəzi depozitarlarda saxlanılır. İndi Aİ bu vəsaiti Ukraynaya göndərməyə başlayıb.

Избранный
56
5
azpost.info

6Источники