Türkiyənin Tunceli vilayətində avtomobillə gedərkən yolda yaralı sərçə görən Cihan Karaca adlı şəxs onu xilas etmək istəyib.
Medianews.az xəbər verir ki, sərçəni götürmək üçün avtomobilini saxlayıb yolu keçməyə çalışan Cihan Karacanı yük maşını vurub.
Xəstəxanaya çatdırılan C.Karacanın bədəninin müxtəlif nahiyələrində sınıqların olduğu bildirilib. Qəza anının görüntüləri ərazidəki təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.
Cihan Karacanın hazırda müalicəsinin davam etdiyi açıqlanıb. Qəzanı törədən sürücü saxlanıldıqdan sonra ifadəsi alınaraq sərbəst buraxılıb.
Medianews.az