RU

FRANSA YAY OLİMPİADASINA EV SAHİBLİYİNƏ BAŞLADI

bFransanın paytaxtı Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib.

Tezadlar.az xəbər verir ki, tədbir tarixdə ilk dəfə stadiondan kənarda - Sena çayının ətrafında baş tutub. Sena çayı boyunca 6 kilometrlik marşrutda 12 bədii səhnə, Fransanın irsi, Paris, şəhərin abidələri və marşrut boyunca körpüləri nümayiş etdirilib. Bundan başqa, 10 500 idmançı Parisin mərkəzindən qayıqlarla Sena çayı boyunca üzüb. Yekunda Selin Dionun ifasında Edit Piafın “Sevgidə himn” mahnısının müşayiəti ilə Teddi Riner və Mari-Jo Perak tərəfindən Olimpiya mənşəli yandırılıb. Açılış mərasimindəki paradda Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev daşıyıblar.

Qeyd edək ki, Azərbaycan millisi Fransada 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Избранный
173
9
tezadlar.az

10Источники