RU

"Səba"nın vəziyyəti kəskin dəyişib - ŞİRKƏT MƏNFƏƏTDƏN ZƏRƏRƏ KEÇİB

"Səba"  ASC 2023-cü il üzrə maliyyə vəziyəyətini açıqlayıb.

FED.az xəbər verir ki, şirkət ötən il 93 milyon 337 min manat cəmi gəlir əldə edib. Bu 2022-ci ilə nisbətən 2 milyon 142 min manat və ya 2,3% çoxdur.

Satışın maya dəyəri üzrə xərcləri 3 milyon 666 min manat və ya 4,8% azalaraq 72 milyon 683 min manata düşüb.

Hesabat dövründə şirkət 16 milyon 674 min manat ümumi mənfəət əldə edib ki, bu da illik müqayisə ilə 1 milyon 163 min manat (7%) azdır.

Şirkətin bu dövrdə marketinq və satış xərcləri 14 milyon 419 min manat, ümumi və inziati xərcləri 7 milyon 47 min manat, əməliyyat zərəri 4 milyon 793 min manata bərrabər olub.

İllik müqayisə ilə marketinq və satış xərcləri 3 milyon 663 min manat (34,1%), ümumi və inziati xərcləri 1 milyon 630 min manat (30,1%), əməliyyat zərəri 3 milyon 129 min manat (2,9 dəfə) artıb.

Broyler şirkət maliyyə xərclərini 644 min manat (32,3%) artıraraq 2 milyon 640 min manata çatdırıb.

Ümumilikdə "Səba" ASC 80 min manat mənfəət vergisi ödənişindən sonra  2023-cü ili 2 milyon 345 min manat xalis zərər ilə başa vurub. Şirkət 2022-ci ili 14 milyon 378 min manat xalis mənfəət ilə bağlamışdı.

Mənfəət vergisi ödəmələri də son bir ildə 25 min manat (45,5%) artıb.

"Səba" ASC ötən il 69 milyon 605 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 2 milyon 636 min manat (4%) azalıb.

Öhdəliklər 89 min manat (0,2%) artaraq 40 milyon 543 min manata yüksəlib.

image

image

image

Избранный
94
2
fed.az

3Источники