İnnovasiya və Təchizat Mərkəzi “Narkotik,güclü təsiredici və psixotrop dərman vasitələrinin və tibbi sənəd formalarının satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Azərtibbtəchizat” MMC olub.
Qalib şirkətlə 2 062 939 manat məbləğində müqavilə imzalanıb.
Xatırladaq ki, İnnovasiya və Təchizat Mərkəzi bu barədə tenderi dövlət satınalmaları portalından kənar elan edib.