RU

“YouTube” bağlanır? — Rəsmi açıqlama

Rusiya Dövlət Dumasının Rabitə və İnformasiya Texnologiyaları Komitəsinin sədri Aleksandr Hinşteyn Rusiya dövlətinin istəklərinə müqavimət göstərən “YouTube”un Rusiyadakı taleyi ilə bağlı açıqlamalar verib.

Demokrat.az Publika.az-aistinadən xəbər verir ki, ölkədə “YouTube”un sabit telefonlara və masaüstü kompüterlərə yükləmə sürəti bu həftənin sonunda yüzdə 40, gələn həftənin sonunda isə yüzdə 70 azalacaq.

Deputat iddia edib ki, “YouTube”un fəaliyyətini yavaşlatmaq təkcə Rusiya istifadəçilərinə qarşı deyil:

“Hələ də onun Rusiya qanunlarını poza və cəzasız qala biləcəyinə inanan xarici resursun rəhbərliyinə qarşı zəruri addımdır. Platformanın mövqeyi var. Qərb nöqteyi-nəzərindən fərqli olan Rusiya ictimai xadimlərinin (bloqerlər, jurnalistlər, sənətçilər) kanallarını daim silir və anti-Rusiya məzmununu saxlayır”.

Bundan əlavə. Rusiyanın dövlət qurumu “Rostelekom” “YouTube”da video yükləmə keyfiyyətinin pisləşməsi ilə bağlı istifadəçilərin şikayətlərinin artdığını bildirir. Şirkət texniki monitorinq xidmətlərinin xüsusilə yüksək ayırdetmə formatlarında (HD, 4K) video yükləmə keyfiyyətinin pisləşməsini qeyd etdiyini açıqlayıb.

“Novaya İzvestiya” portalı yazıb ki, sosial şəbəkə istifadəçiləri “Rostelekom”un açıqlamalarına, deyəsən, inanmayıb. Buna görə də bəzi şərhçilər “YouTube”un qəsdən yavaşıladığını düşünürlər

Избранный
57
2
demokrat.az

3Источники