COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb. Manset.az xəbər verir ki, bu barədə COP29-un sosial şəbəkə hesabında bildirilib. “COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşdı”, – paylaşımda qeyd olunub, həmçinin ümumilikdə 10 000-dən çox müsahibənin baş tutduğu və 7 000 namizəd müsahibədən uğurla keçdiyi vurğulanıb. “Qəbul edilən namizədləri təbrik edir, iştirak edən hər bir kəsə minnətdarlığımızı bildiririk. Yaşıl dünya naminə bizimlə həmrəy olduğunuz üçün çox şadıq!”, – paylaşımda yazılıb.