Azərbaycan cüdoçuları bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıblar.
QOL.az xəbər verir ki, ilk olaraq tatamiyə 48 kq. çəki dərəcəsində yarışan Leyla Əliyeva çıxıb. Mübarizəyə 1/16 finaldan başlayan idmançımızın rəqibi Xalimajon Qurbanova (Özbəkistan) olub. Cüdoçumuz uduzaraq (0:1) Paris-2024-də mübarizəni elə ilk görüşdən sonra dayandırıb.
İlk mərhələdən azad olan Balabəy Ağayev isə (60 kq) mübarizəyə 1/8 finaldan başlayacaq. O, Simon Zulu (Zambiya) - Von Jin Kim (Cənubi Koreya) cütünün qalibi ilə qarşılaşacaq.