Bu barədə Bakupost.az -a Müdafiə Nazirliyindən (MN) bildirilib.
Qeyd olunub ki, məşğələlər zamanı onlara nizamnamə və hərbi qanunvericiliyin müvafiq tələbləri, hərbi intizam qaydaları, həmçinin sıra, fiziki və atəş hazırlığı üzrə çalışmaların elementləri öyrədilir.
"Gənc əsgərlərin sağlamlığı və qidalanması da daim diqqət mərkəzində saxlanılır. Şəxsi heyətin sağlam və yüksək kalorili qidalarla təmin olunması məqsədilə əsgər yeməkxanalarında sanitar-gigiyenik qaydalara tam riayət olunmaqla bütün zəruri tədbirlər həyata keçirilib, - məlumatda vurğulanıb.