Bakı. Trend:
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamınınicrası ilə bağlı Azərbaycan Ordusunun təlim hərbi hissələrinə yeniqəbul olunan gənc əsgərlərə daim qayğı göstərilir, onlarınadaptasiya prosesinə həssaslıqla yanaşılır və hazırlığına xüsusidiqqət yetirilir.
Müdafiə Nazirliyindən Trend-əverilən məlumata görə, proqrama əsasən, çağırışçılarla sıra vəfiziki hazırlıq üzrə dərslər, eləcə də döyüş hazırlığı üzrəməşğələlər keçirilir.
Məşğələlər zamanı onlara nizamnamə və hərbi qanunvericiliyinmüvafiq tələbləri, hərbi intizam qaydaları, həmçinin sıra, fizikivə atəş hazırlığı üzrə çalışmaların elementləri öyrədilir.
Gənc əsgərlərin sağlamlığı və qidalanması da daim diqqətmərkəzində saxlanılır. Şəxsi heyətin sağlam və yüksək kaloriliqidalarla təmin olunması məqsədilə əsgər yeməkxanalarındasanitar-gigiyenik qaydalara tam riayət olunmaqla bütün zəruritədbirlər həyata keçirilib.