Növbədənkənar parlament seçkiləri ilə əlaqədar 6 milyon 516 min 567 ədəd seçki bülleteni çap ediləcək.
APA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında məlumat verib.
Rövzət Qasımov bildirib ki, seçki bülletenlərində namizədlərin soy adı, adı, atasının adı əlifba sırası ilə göstəriləcək.