RU

Çakırın ölümünü xəbər verən “həkim” vəfat etdi

Türkiyənin bir çox məşhur film və seriallarının dublaj sənətçisi kimi tanınan Salahsun Həkimoğlu vəfat edib.

Kult.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilir ki, məşhur aktyor 74 yaşında dünyasını dəyişib.

Həkimoğlu 1988-ci ildən film və seriallar üçün dublajlar edib. Aktyorluğa isə 2003-cü ildə yayımlanan “Həyat bilgisi” serialı ilə başlayıb. O, “Paytaxt: Əbdülhəmid”, “Diriliş Ərtoğrul”, “Arxa küçələr” kimi məşhur seriallarda yer alıb. Daha çox “Qurdlar vadisi” serialında Süleyman Çakır personajının ölümü xəbərini verən həkim rolu ilə məşhurlaşıb.

Избранный
19
2
axar.az

10Источники