RU

Nazirləri "mavi" olan ölkənin şeytan şousu - Dinlər belə ələ salındı - FOTO/VİDEO

"Bu dünyada gördüyüm ən iyrənc açılış mərasimidir", "Bütün ölkələr səfirlərini Fransadan geri çağırmalıdır", "Fransa xristianları ələ salır", "Fransada şeytanların dini təbliğ olunur"...
 
Bunlar sosial şəbəkələrdə minlərlə izləyici kütləsinə malik aktivistlərin Parisdəki idman olimpiya oyunları ilə bağlı fikirləridir. Onlar "X"-də ( köhnə adı ilə Twitter ) paylaşım edərək Paris 2024 yay olimpiya oyunu ilə bağlı iradlarını bildiriblər.
 
"42 yaşlı yəhudi əsilli ortacins nümayəndəsi Fransada xristianlığı, xristian dinini, İsa peyğəmbəri ələ salır. Bu dünyada gördüyüm ən iyrənc açılış mərasimidir", - aktivist Xalisi sosial şəbəkədə yazıb. Aktivistin fikirləri 2000-ə yaxın şəxs tərəfindən repost edilib. Görünür, açılışın biabırçı olduğunu düşünən bir-iki nəfər deyil.
 
 
"Hazırda evində oturub Fransa olimpiyadasının açılış mərasimini izləyənlər heyrət içindədirlər. Görəsən biz nəyə baxırıq?
 
Bu açılış mərasimi deməyə əsas verir ki, dünyanı şeytanun quluna çevrilmiş qlobalistlər idarə edir. Onlar şeytana sitayişlərini aşkar şəkildə edirlər, bunu gizlətməyə ehtiyac belə duymurlar", - başqa bir şəxs yazıb. Onun da paylaşımı xeyli sayda bəyənilib, izləyiciləri şərhlərdə onun fikirlərini dəstəklədiklərini bildiriblər.
 
 
Açılış mərasimində XV əsrdə Milanda Leonardo da Vinçi tərəfindən, Lodoviko Sforsa və onun xanımı Beatriçe d'Este üçün yaradılmış divar rəsmi "Sonuncu şam yeməyi"nin ələ salınması sosial şəbəkə istifadəçilərini lap hiddətləndirib. İstifadəçilərdən biri dövlətlərə səfirlərini Fransadan geri çəkməyə çağırış edib.
 
"Mən çox ciddiyəm, ölkələr səfirlərini Fransadan geri çağırmalıdır", - o qeyd edib.
 
 
"Daily Romania" ( Gündəlik Rumınya ) səhifəsi isə "Söz tapa bilmirəm, ən pis olimpiada" qeydi ilə açılış mərasimdən paylaşım edib.
 
 
Paris-2024 Yay Olimpiya Oyunları təkcə açılış mərasimindəki biabırçılıqlarına görə yox, eləcə də, oğurluq, qarət və əxlaqsız olayların baş verməsi ilə də yadda qalıb. Belə ki, Parisdə Avstraliya yığması qarət edilib. Bundan başqa, 20 yaşlı qız beş nəfərlik qrupun əxlaqsızlığına məruz qalıb.
 
Baş nazirinin ortacins nümayəndəsi olduğu ölkənin ev sahibliyi etdiyi tədbirdən fərqli açılış gözləmək sadəlövhlük olardı. Yüksək vəzifədə olan şəxslərin çoxunun həmcinslərinə meylini olduğunu nəzərə alsaq Fransadan da ancaq belə tipli açılış mərasiminin olacağı ehtimal edilirdi. Ümumiyyətlə, Avroviziya kimi dünya səviyyəli mahnı müsabiqəsində mini ətəkli "kişi"nin qalib olmasından sonra bu kimi şouların ayaq açması da gözlənilən idi.
 

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimi ötən gün olub. Tədbir tarixdə ilk dəfə stadiondan kənarda təşkil olunub. Sena çayında təşkil olunan mərasim minlərlə idmançını daşıyan 85 gəminin Austerlits körpüsündən hərəkətə başlaması ilə start götürüb. Tədbiri 300 mindən çox tamaşaçı izləyib. Bütün dünyaya yayımlanan mərasimə giriş əsasən sərbəst olduğu üçün Fransa paytaxtının sakinləri və qonaqları mərasimə canlı şahidlik edir. Paris-2024-ə 48 idmançı ilə yollanan Azərbaycan millisi də paradda iştirak edir. Yığmamız tamaşaçılar önündən 16-cı keçib. Komandamızın bayraqdarları cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev olub. Olimpiadanın bağlanış mərasimi avqustun 11-də baş tutacaq. Oyunlarda 206 ölkədən olan 11 minə yaxın idmançı 32 idman növü üzrə ümumilikdə 329 dəst medal uğrunda mübarizə aparacaq. /milli.az/

 

Избранный
14
1
moderator.az

2Источники