"Real Sosyedad"ın mərkəz müdafiəçisi Roben Le Norman karyerasını İspaniya nəhəngində davam etdirəcək.
Fanat.Az xəbər verir ki, arxa xətt oyunçusu "Atletiko Madrid"lə anlaşıb.
Məlumatı paytaxt klubunun mətbuat xidməti yayıb.
İspaniya millisinin heyətində Avropa çempionu olandan sonra məzuniyyətə yollanan futbolçu ilə münasibətlərin istirahətdən qayıdandan sonra rəsmiləşdiriləcəyi bildirilib.
Qeyd edək ki, ötən mövsüm "Real Sosyedad" forması ilə bütün turnirlərdə 43 matça çıxan Le Norman 2 qol vurub. "Transfermarkt" onun transfer qiymətini 40 milyon avro ilə dəyərləndirir.
Nihat