RU

İstanbulda PKK-ya qarşı əməliyyat keçirilib

Bakı,TurkicWorld

Türkiyənin İstanbul şəhərində PKK/KCK-ya qarşı keçirilən əməliyyat zamanı sosial şəbəkələrdə terror təşkilatı təbliğatı aparmaqda şübhəli bilinən 13 nəfər saxlanılıb.

TurkicWorld xəbər verir ki, İstanbul Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbə Müdirliyi və Kəşfiyyat Şöbə Müdirliyi tərəfindən separatçı terror təşkilatına qarşı əməliyyatlar keçirilməyə davam edir.

Sosial media platformasında terror təşkilatı PKK/KCK-nı dəstəkləyən mahnıların müşayiəti ilə terror təşkilatı təbliğatı aparan şübhəlilərin tutulması üçün İstanbulun yeddi rayonunda əməliyyat təşkil edilib.

Əməliyyatlar zamanı 13 şübhəli tutularaq nəzarətə alınıb.

Axtarışlar zamanı bir sıra rəqəmsal materiallar da ələ keçirilib.

Избранный
22
turkic.world

1Источники