RU

Pxenyan bu səyi ilə xalqı məhvə sürükləyir - Seul

Koreya yarımadasında müharibənin başa çatması üçün sülh müqaviləsi imzalanmalıdır. Lakin Şimali Koreya çoxsaylı təxribatlara, son on ildə nüvə silahları və ballistik raketlər də daxil olmaqla, kütləvi qırğın silahlarını inkişaf etdirməyə davam etdi.

Axar.az xəbər verir ki, bu sözləri Cənubi Koreyanın Ankaradakı səfiri Jeong Yeondoo “Anadolu” agentliyinə müsahibəsində deyib.

Rusiya ilə Şimali Koreya arasında qeyri-qanuni silah ticarətinə də toxunan səfir bildirib ki, bu, Avropa və Yaxın Şərqdəki qeyri-sabitliyin Şimal-şərqi Asiyaya da təsir etməsinə səbəb olacaq.

“Cənubi Koreya Şimalın hər cür təxribatına cavab verə biləcək güclü müdafiə və iqtisadiyyata malikdir. Ancaq Şimali Koreyanın təxribatlarının öz rifahını və sülhünü təmin etməyəcəyini, ölkəsini məhvə sürükləyəcək böyük bir səhv olduğunu dərk etməsi lazımdır. Hərbi gücünü artırmaq və kütləvi qırğın silahlarını inkişaf etdirmək heç vaxt Şimali Koreyanın çiçəklənməsinə, xalqının güzəranının yaxşılaşmasına kömək etməyəcək”.

Избранный
17
3
axar.az

4Источники