RU

Cənubi Koreya kəşfiyyatçıların şəxsi məlumatlarının sızmasını ARAŞDIRIR

Koreya Respublikası Silahlı Qüvvələrinin Əks-kəşfiyyat Komandanlığı KXDR haqqında məlumatların toplanması üzrə ixtisaslaşmış milli kəşfiyyatçıların şəxsi məlumatlarının sızması faktını araşdırır.

 

Sfera.az TASS-a istinadən xəbər verir ki, təxminən bir ay əvvəl Silahlı Qüvvələrin Kəşfiyyat Komandanlığı xaricdə işləyən əməkdaşlarının şəxsi məlumatlarının daxil olduğu məxfi məlumatların sızmasını aşkar edib.

 

İddialara görə, sızıntıda "qeyri-qanuni kəşfiyyatçılar" və diplomatik pərdə altında işləyən şəxslər haqqında məlumatlar var. Mənbə agentliyə bildirib ki, bəzi kəşfiyyatçılar, hətta vətənlərinə qayıtmalı olublar.

Избранный
13
2
sfera.az

3Источники