RU

Dünya səyyahlarının Xudafərin körpüsünə səfəri başladı

Dünyanın ən nəhəng dörd səyyah klublarından biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Çarlz Vilinin (Charles Veley) rəhbərlik etdiyi səyyahların Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfəri davam edir.

News24.az AZƏRTAC-a istinadən xəbər verir ki, 13 ölkədən olan beynəlxalq səyahətçilərin işğaldan azad olunan ərazilərə səfərinin növbəti ünvanı Cəbrayıl rayonu ərazisində yerləşən tarixi Xudafərin körpüsü olub.

Daha sonra səyyahlar Füzuli rayonunda olacaq, ərazilərdə aşkarlanan mina və partlamamış sursatların zərərsizləşdirilməsi prosesini izləyəcəklər.


Избранный
109
16
news24.az

10Источники