RU

Lakşmi Partasarati: "Beynəlxalq ictimaiyyət mina problemini həll etmək üçün birləşməlidir"

"Beynəlxalq ictimaiyyət mina problemini həll etmək üçün birləşməlidir".

Bu barədə "Report"a ABŞ-dən olan səyahətçi Lakşmi Partasarati bildirib.

O, Azərbaycanın beynəlxalq ictimaiyyətin diqqətini işğaldan azad edilmiş ərazilərdəki mina probleminə yönəltməklə düzgün yolda olduğunu qeyd edib.

"Mən mina problemindən əziyyət çəkən bir çox ölkələrdə olmuşam. Beynəlxalq ictimaiyyət bu problemi həll etmək üçün mütləq birləşməlidir", - deyə L.Partasarati vurğulayıb.

Səyyah Qarabağa və Şərqi Zəngəzura səfəri barədə danışarkən səyahətin yaddaqalan olduğunu vurğulayıb:

"Bu, füsunkar bir neçə gün oldu. Azərbaycanda əvvəllər heç vaxt olmamışdım, ölkəniz çox gözəldir, buradakı insanlar isə çox qonaqpərvərdirlər. Azərbaycana yenidən səfər etmək və burada daha çox qalmaq istərdim".

Xatırladaq ki, 35 nəfərdən ibarət beynəlxalq səyyahdan ibarət nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərində səfərdədir. Bu gün onlar Cəbrayıl rayonundakı Xudafərin körpüsündə olublar və Füzuli rayonunda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər.

Səfər dünyaca məşhur MTP (Most Traveled People) təşkilatı tərəfindən təşkil edilib.

Son 4 ildə 50-yə yaxın ölkədən 360-dan çox beynəlxalq səyahətçi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edib. Çarlz Veylinin başçılıq etdiyi bu qrupun səfəri sayca 11-ci olub.

Səfərdə 13 ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və başqalarından səyahətçilər iştirak edir.

Избранный
155
5
hakimiyyet.az

10Источники