Qubada intihar hadisəsi olub.
News365.az bildirir ki, Lent.az-ın məlumatına görə, hadisə İkinci Nügədi kəndində baş verib.
33 yaşlı S.Mustafayev saat 7 radələrində yaşadığı evin ikinci mərtəbəsində özünü şərf ilə asaraq intihar edib.
Onun asılmış meyitini atası aşkar edib.
Məlumata görə, mərhum ruhi-əsəb xəstəliyindən əziyyət çəkib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.