Bu gün Azərbaycanın badminton millisinin üzvü Keişa Fatimə Zəhra Paris-2024 Yay Olimpiya Oyunlarında ilk matçına çıxıb. İndoneziyalı milliləşdirilmiş legionerin ilk rəqibi He Bin Çzyao (Çin) olub. H qrupunda keçirilən bu matç Çin idmançısının böyük üstünlüyü ilə keçib. He Bin Çzyao hər iki setdə inamlı qələbə qazanıb (21:8, 21:7).
Qeyd edək ki, hər qrupda üç idmançı yarışır. Növbəti mərhələyə yalnız qrup qalibi çıxır. Bu məğlubiyyətlə Azərbaycan badmintonçusunun qrupdan çıxmaq şansı xeyli çətinləşib. Keişa Fatima Zəhra növbəti görüşünü iyulun 29-da Böyük Britaniya təmsilçisi Kristi Gilmoura qarşı keçirəcək.
Mətləb