RU

Ən bahalı evlər hardadır: -Bakı, Tiflis, yoxsa İrəvanda?

Ekspertlər Bakı, Tiflis və İrəvandakı mənzillərin qiymətlərini müqayisə ediblər.
 
Araşdırmanı dünyanın həyat keyfiyyətinə dair ən böyük məlumat bazası olan "Numbeo" həyata keçirib.
 
Ekspertlər bildirib ki, İrəvanın mərkəzində mənzilin 1 kvadratmetri orta hesabla 3400 dollara, mərkəzdən kənarda isə 1600 dollaradır.
 
Ermənistan paytaxtının mərkəzində bir otaqlı mənzilin kirayəsi ayda orta hesabla 955 dollara, mərkəzdən kənarda isə 640 dollara başa gəlir.
 
İrəvanın mərkəzində üç otaqlı mənzili orta hesabla ayda 1600 dollara, mərkəzdən kənarda isə 975 dollara kirayə vermək olar.
 
"Numbeo"nun məlumatına görə, Bakının mərkəzində mənzilin 1 kvadratmetri orta hesabla 1800 dollara, mərkəzdən kənarda isə 900 dollaradır.
 
Azərbaycan paytaxtının mərkəzində bir otaqlı mənzilin kirayəsi ayda orta hesabla 465 dollara, mərkəzdən kənarda isə 255 dollaradır.
 
Bakının mərkəzində üç otaqlı mənzili orta hesabla ayda 1930 dollara, mərkəzdən kənarda isə 420 dollara kirayə vermək olar.
 
Ekspertlərin fikrincə, Tiflisin mərkəzində mənzilin 1 kvadratmetri orta hesabla 2030 dollara, mərkəzdən kənarda isə 1060 dollaradır.
 
Gürcüstan paytaxtının mərkəzində bir otaqlı mənzilin kirayəsi ayda orta hesabla 725 dollara, mərkəzdən kənarda isə 470 dollaradır.
 
Tiflisin mərkəzində üç otaqlı mənzili ayda orta hesabla 1355 dollara, mərkəzdən kənarda isə 800 dollara kirayə vermək olar.
 
Axar.az
Избранный
72
12
moderator.az

10Источники