Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, Evren Alkayanın rəhbərlik etdiyi komanda Kosovonun paytaxtı Priştinada təşkil olunan yarışın yarımfinal mərhələsində Kipr seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma yığmamızın qələbəsi ilə yekunlaşıb - 66:49.
Beləliklə, Azərbaycan millisi finala vəsiqə qazanıb.
10:46
Azərbaycanın 18 yaşadək oğlanlar və qızlardan ibarət basketbol milliləri Avropa çempionatının C divizionunda növbəti oyunlarını keçirəcəklər.
"Report"un məlumatına görə, Evren Alkayanın rəhbərlik etdiyi qızlardan ibarət komanda Kosovonun paytaxtı Priştinada təşkil olunan yarışın yarımfinal mərhələsində Kipr seçməsi ilə üz-üzə gələcək.
Anar Sarıyevin baş məşqçisi olduğu digər yığma Albaniyanın Elbasan şəhərindəki turnirin eyni raundunda meydan sahiblərinin müqavimətini qırmağa çalışacaq.
Qarşılaşmalar müvafiq olaraq Bakı vaxtı ilə saat 19:00 və 20:30-da start götürəcək.
Qeyd edək ki, hər iki yarışın həlledici matçları iyulun 28-də olacaq.