RU

Almaniya əfqanları vətənlərinə deportasiya edəcək? - Berbokdan açıqlama

Ötən çərşənbə, iyulun 24-də Almaniya kansleru Olaf Şolts mətbuat konfransı zamanı yaxın gələcəkdə çoxlu sayda əfqanın ölkədən deportasiya ediləcəyini vəd edib.

Qaynarinfo xəbər verir ki, cəmi bir neçə gün sonra xarici işlər naziri Annalena Berbok onun sözlərini təkzib edib.

Berbok "Die Zeit"ə açıqlamasında bunun təhlükəsizlik standartlarına uyğun olmadığını bildirib.

Bir müddət əvvəl Mannheimdə bir polisin əfqan tərəfindən öldürülməsini şərh edən Berbok zorakılıq edən bu cür cinayətkarların müdafiə hüququnu itirdiyini bildirib. Bununla belə, o əlavə edi ki, problem onları tez bir zamanda Əfqanıstana və ya Suriyaya deportasiya etməklə həll edilməyəcək.

Berbok həmçinin terrorçu rejimin cinayətkarların geri qaytarılması şərtlərini diktə etməsinə icazə verməmək barədə xəbərdarlıq edib.

Aydın

Избранный
84
11
qaynarinfo.az

10Источники