İtalyan nəhəngi Ferrari, Avropa ölkələrində kriptovalyuta ilə ödənişləri qəbul edəcəyini açıqlayıb.
Lent.az xəbər verir ki, şirkət bu ayın sonundan etibarən Avropadakı satışları üçün kriptovalyuta ilə ödənişləri qəbul edəcəyini açıqlayıb.
Ferrari ötən il ABŞ-da yaşayan müştərilərinə kriptovalyuta ilə ödəniş etmək imkanı da təklif etmişdi.
Şirkət kriptovalyuta ilə ödəniş sistemini yalnız Avropa ilə məhdudlaşdırmadan ilin sonuna kimi beynəlxalq ödənişləri də bu sistemə daxil etməyi planlaşdırır.