Dörd rusiyalı jurnalistin Paris Yay Olimpiya Oyunlarına üçün akkreditasiyası ləğv edilib.
Musavat.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd olunub ki, TASS-ın dörd jurnalisti əvvəldən verilmiş akkreditasiyadan məhrum edilib.
Xatırladaq ki, 2024-cü il Yay Olimpiya Oyunları Fransada keçirilir.
İyulun 26-da start götürən yarışlar avqustun 11-dək davam edəcək.