Ət və süd məhsullarına üstünlük vermək dünyada prostat xərçənginin yayılmasına səbəb olur.
Viral.az medicina-ya istinadən xəbər verir ki, bunu uroloq-onkoloq Aleksandr Sısoyev “Gazeta.Ru”ya bildirib.
O, bu xəstəliyin inkişafına təsir edən əsas amillərdən danışıb.
“Kişilər arasında yayılmış bu xərçəngin əsas “günahkarları” yaş və bütün dünyada məşhur olan ət və süd pəhrizidir.
Xarici həmkarlarımızın müşahidələrinə görə, prostat xərçəngindən ən çox ABŞ-də, inkişaf etmiş Avropa ölkələrində, o cümlədən Rusiyada kişilər əziyyət çəkir. Amma Asiya ölkələrində bu xəstəliyə daha az rast gəlinir”, – Sısoyev qeyd edib.
Həkim prostat xərçənginin inkişafına risk faktorları arasında yaşın, genetikanın və heyvan yağlarının üstünlük təşkil etdiyi Qərb pəhrizinin spesifik təsiri olduğunu bildirib.
“Statistikaya görə, kişilər yaşlandıqca prostat xərçəngi riski nəzərəçarpacaq dərəcədə artır. Xərçəng 60-70 yaşdan yuxarı kişilərin çoxunda rast gəlinir. Onkoloqlar onun inkişafını prostat toxumasında yaşla əlaqəli baş verən patoloji dəyişikliklərlə əlaqələndirirlər. Ancaq 40 yaşdan kiçik gənc kişilərdə xəstəlik olduqca nadirdir – 10 min nəfərə 1 hal.
Xərçəngin əmələ gəlməsində irsi faktorlar da böyük rol oynayır. Bu xəstəliyə yaxın qohumları (baba, ata, əmi) keçmişdə prostat xərçəngindən əziyyət çəkən kişilərdə demək olar ki, 5 dəfə çox rast gəlinir”, – deyə həkim diqqətə çatdırıb.
Onun sözlərinə görə, prostat xərçəngi ilə əlaqəli digər ümumi faktor prostatda xroniki, tez-tez təkrarlanan iltihabdır.
“Prostat xərçənginin inkişafına birbaşa təsir edən sonuncu amil isə yalnız heyvan yağlarına əsaslanan məşhur Qərb pəhriz modelidir. Məsələn, süd məhsullarında, yağda və qırmızı ətdə doymuş omeqa-6 turşularının yüksək olması, tez-tez istehlak edildikdə prostatın vəziyyətinə və funksiyasına mənfi təsir göstərə bilər. Üstəlik, xəstənin bədənində sağlam omeqa-3 yağları ilə zərərli trans yağları arasında balanssızlıq nə qədər çox olarsa, xərçəngə tutulma riski bir o qədər yüksək olar. Eyni zamanda tərəvəz, soya məhsulları və balıq yemək kişi orqanının sağlamlığına faydalı təsir göstərir. Bu, bir çox araşdırmalarla sübut edilib”, – mütəxəssis vurğulayıb.
O, bununla bağlı təəccüblü nüanslardan birini xüsusi qeyd edib: “Həftədə ən azı 3-4 dəfə pomidorlu xörək yemək kişilərə prostat vəzisinin sağlamlığını qorumağa və özünü yaxşı hiss etməyə kömək edir”.
Bəs bu məhsulun sirri nədir?
Həkim bunu belə izah edib: “Pomidorda bol miqdarda olan likopen antioksidantı bu məsələdə əsas rol oynayır.
Pomidor bişirildikdə bu maddənin konsentrasiyası azalmır, əksinə, artır. Bu o deməkdir ki, bişmiş pomidorun insan sağlamlığı üçün faydası daha çoxdur”.
a.social-link-anchor svg { color: white; fill: white; } a.social-link-anchor.email svg { color: #444444; fill: #444444; } a.social-link-anchor.facebook { background-color: #1778f2; } a.social-link-anchor.twitter { background-color: #1da1f2; } a.social-link-anchor.linkedin { background-color: #0d66c2; } a.social-link-anchor.pinterest { background-color: #e60122; } a.social-link-anchor.email { background-color: #f0f0f0; } a.social-link-anchor { width: 36px; height: 36px; display: flex; align-items: center; justify-content: center; border-radius: 2px; } a.social-link-anchor:hover { transform: scale(1.1); } a.social-link-anchor { transition: all 0.15s ease; } li.social-link { list-style: none; } ul.end-post-layout { display: flex; gap: 15px; flex-direction: row; flex-wrap: wrap; } ul.left-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; left: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; } ul.right-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; right: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; }