RU

Türkiyə mətbuatı: 29 iyul 2024

''Hürriyet'': Rəcəb Tayyib Ərdoğan: ''Eynisini edərik"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Fələstinə hücumları ilə bağlı deyib: "Qarabağa və Liviyaya girdiyimiz kimi onlara da (İsrailə) bunun oxşarını edə bilərik. Bunu etməmək üçün heç bir şey yoxdur".

''Sabah'': ABŞ-ın ''Forbes'' jurnalı Türkiyə silah sənayesinin uğurlarından yazıb

ABŞ-ın “Forbes” jurnalı Türkiyə aviasiya və silah sənayesinin uğurlarından yazıb. Məqalədə ''Bayraktar TB2'' silahlı pilotsuz uçuş aparatının Ukraynada və digər döyüş bölgələrində əhatəli əməliyyatlar həyata keçirdiyi qeyd olunub. "Bayraktar TB2'' pilotsuz uçuş aparatının dünyanın ən simvolik sistemlərindən birinə çevrildiyi ifadə edilən məqalədə Türkiyənin ilk 7,62x39 diametrli AK piyada tüfəngi də yüksək qiymətləndirilib.

''Yenişafak'': "Karakuş'' yatağında gündə 10 min bareldən çox neft hasil edilir

1950-ci illərdə neft kəşfiyyatına başlanılan Adıyamandakı ''Karakuş'' yatağında gündə 10 min bareldən çox neft hasil edilir. Ənənəvi nasosla çıxarılan xam neft su və qazdan təmizlənir və borular vasitəsilə Hatayın Dörtyol qəsəbəsindəki neft emalı zavoduna çatdırılır.

''Habertürk'': ''Time'' jurnalı  "Diyarbakır Ekspresi''ni "2024 dünyanın ən möhtəşəm 100 yeri'' siyahısına daxil edib

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi tərəfindən həyata keçirilən ''Turistik Diyarbakır Ekspresi'' qatarı “Time” jurnalının maraqlı, yeni və həyəcanverici təcrübələr təqdim edən destinasiyaların yer aldığı "2024 dünyanın ən möhtəşəm 100 yeri" siyahısına daxil edilib.

''Star'': Antalya hava limanı rekorda imza atdı

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, Antalya hava limanı şənbə günü 217 141 sərnişinə ev sahibliyi edib və 1186 təyyarəyə xidmət göstərib. 



Избранный
103
16
trt.net.tr

9Источники