Ölkənin ən yüksək vəzifəsinə namizədliyini irəli sürən ABŞ-nin vitse-prezidenti Kamala Harrisi bir həftə ərzində rekord 200 milyon dollar ianə toplayıb.
Bayden iyulun 21-də seçki yarışından çıxdığını elan edib. O, həmçinin Harrisin ABŞ prezidentliyinə demokrat namizəd kimi irəli sürülməsini dəstəkləyib.
Qeyd edək ki, Baydenin iyun ayının sonuna təxminən 95 milyon dollar təşkil edən ianəsi prezident yarışdan çıxdıqdan sonra Harrisin kampaniyasına yönəldiləcək. Bazar günü axşam saatlarında Harrisin prezident seçkilərinə namizəd kimi irəli sürülməsi ən azı 26 demokrat senatoru və Nümayəndələr Palatasının 72 üzvü tərəfindən dəstəklənib.
ABŞ-nin prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Demokratlar Partiyasını Baydenin təmsil edəcəyi güman edilsə də, onun iyunun 27-də Donald Trampla seçkiqabağı televiziya debatındakı fəlakətli çıxışından sonra Amerika liderinin hökuməti saxlamaq cəhdlərindən əl çəkməsi çağırışları daha da güclənib.