"Marsel" Vataru Endonu transfer etmək istəyib.
Offsideplus.az xəbər verir ki, "Liverpul" yarımmüdafiəçini fransızlara satmayıb. Məlumatı tanınmış insayder Fabritsio Romano yayıb. "Marsel" yaponiyalı üçün 14 milyon avro təklif edib. Lakin "Liverpul" bu məbləği qəbul etməyib.
Qeyd edək ki, oyunçunun klubu ilə 2027-ci ilin iyununa qədər müqaviləsi var.