RU

“Kibar Holding” şirkətinin İdarə Heyətinin sədri ilə görüş keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin “Kibar Holding” şirkətinin İdarə Heyətinin sədri Ali Kibar ilə görüşüb.

Banker.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, görüşdə Azərbaycan-Türkiyə birliyi və uğurlu iqtisadi tərəfdaşlıq platformasının birgə təşəbbüslərin reallaşdırılması nəticəsində yeni məzmunlarla zənginləşdiyi diqqətə çatdırılıb.

Tərəflər əlavə dəyər yaradan sahələrdə əməkdaşlığın gücləndirilməsi, sənaye məhsullarının istehsalına investisiya yatırımlarının təşviqi, energetika sektorunda fəal tərəfdaşlığın dəstəklənməsi kimi məsələləri müzakirə ediblər.

Избранный
164
50
banker.az

10Источники