ABŞ raketlərinin Almaniyaya mümkün yerləşdirilməsi fonunda Rusiyanın orta mənzilli silah istehsalının mümkün bərpası barədə açıqlaması bizi qorxutmur.
Axar.az xəbər verir ki, bu sözləri bu barədə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Sebastyan Fişer deyib.
“Düzünü desəm, biz bu cür bəyanatlarla özümüzü qorxutmağa imkan verməyəcəyik”, - deyə diplomat bildirib.
Qeyd edək ki, bundan öncə Ağ Ev ABŞ-ın 2026-cı ildə Almaniyada daha uzunmənzilli yeni raketlər yerləşdirməyə başlayacağını açıqlayıb.