RU

Ermənistan MTX Zvartnotsa əlavə qüvvələr cəlb edir - SƏBƏB

Ermənistan Milli Təhlükəsizlik Xidməti avqustun 1-də Rusiya sərhədçilərinin geri çəkilməsi ilə əlaqədar Zvartnots hava limanına sərhəd nəzarəti üçün əlavə qüvvələr cəlb edir.

 

Modern.az xəbər verir ki, bu barədə qurumdan "Sputnik Armenia"nın sorğusuna cavab olaraq bildirilib.

 

Əlavə “işə qəbulun” elan edilib-edilməməsi ilə bağlı suala cavab olaraq qeyd olunub ki, sərhəd qoşunları vaxtaşırı yeni kadrlarla doldurulur.

 

Rusiya sərhədçilərinin geri çəkilməsinin bayram mövsümündə hava limanında növbələrə səbəb olub-olmayacağına gəlincə, vurğulanıb ki, sıxlıq adətən eyni vaxtda çoxlu reyslər olduqda yaranır.

 

"Bu cür hallar tez-tez Rusiya sərhədçiləri ilə birgə xidmət zamanı yaranır", - MTX əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
84
9
modern.az

10Источники