İcmanın İdarə Heyətinin sədri bu məsələdə Qərbi Azərbaycan İcmasının bilavasitə cavabdeh olan müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə hazır olduğunu qeyd edib.
Tədbirdə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların və səfirliklərin təmsilçiləri, eləcə də ictimaiyyətin tanınmış nümayəndələri iştirak edib. Tədbir zamanı Qərbi Azərbaycan mətbəxininin dərinliklərini bilən aşpaz və qənnadçıların hazırladıqları yeməklər, o cümlədən Basus dolması, Ələyəzli xan plovu, qovurğa, sucuq, əyirdək və digər təamlar təqdim edilib və onların dequstasiyası təşkil olunub, təqdim olunan yeməklərin tarixçəsi və istifadə olunan xüsusi inqrediyentlər haqqında Azərbaycan və ingilis dillərində məlumat verilib. Həmçinin Qərbi Azərbaycana məxsus “Tənzərə", "Qaladan-qalaya", "Ağbaba" yallı nümunləri nümayiş etdirilib.