RU

Kiyev BVF ilə vergilərin artırılması təşəbbüsləri barədə razılığa gəlib

Ukraynanın maliyyə naziri Sergey Marçenko Ukrayna mətbuatına müsahibəsində bildirib ki, Kiyev hakimiyyəti Beynəlxalq Valyuta Fondu ilə vergilərin artırılması təşəbbüsləri barədə razılığa gəlib.

“İki sahil” xəbər verir ki, bu haqda RT məlumat yayıb.

Onun sözlərinə görə, Qərbin dəstəyini və maliyyələşdirməsini davam etdirmək üçün vergi artımlarına ehtiyac var.

“Əlbəttə ki, biz bu məsələni BVF ilə bütün mərhələlərdə müzakirə etmişik, konkret vergilərlə bağlı konkret missiyalarımız var”, - deyə, nazir bildirib.

O qeyd edib ki, Qərbdə çoxları Ukraynaya maliyyə yardımını məhdudlaşdırmağa çağırır və Ukrayna tərəfinin özünün töhfəsinin yetərli olmadığına işarə edir.

Избранный
45
ikisahil.az

1Источники