Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqının (Aİ) elektrik enerjisi istehsalında külək və günəş enerjisi ilin birinci yarısında ilk dəfə olaraq qalıq yanacaqları üstələyib.
Banco.az xəbər verir ki, Londonda yerləşən "Ember" beynəlxalq enerji analitik mərkəzinin təhlilinə görə, ilin ilk yarısında Aİ ölkələrinin elektrik istehsalının 30 faizi külək və günəş enerjisi hesabına qarşılanıb.
Elektrik enerjisi istehsalında qalıq yanacaqların payı isə 27 faiz təşkil edib.
Bununla da Aİ-də külək və günəş enerjisindən ilin birinci yarısında ilk dəfə olaraq qalıq yanacaqlardan daha çox elektrik enerjisi istehsal edilib. Almaniya, Belçika, Macarıstan və Niderland da daxil olmaqla 13 Avropa İttifaqına üzv ölkədə külək və günəş enerjisi hazırda qalıq yanacaqlarından daha çox elektrik enerjisi istehsal edir.
Qeyd edək ki, bu dövrdə elektrik enerjisi istehsalında kömürün payı illik müqayisədə 24 faizlə kəskin şəkildə azaldığı halda, təbii qazın payı da 14 faiz azalmışdır.