Ukrayna Rusiya neftinin Slovakiyaya tranziti məsələsini həll etməyə hazırdır, bir şərtlə ki, Bratislava Avropa İttifaqı (Aİ) ilə assosiativ sazişdə nəzərdə tutulan mexanizmi işə salsın.
Qaziler.az xəbər verir ki, bunu “Reuters” agentliyinə Ukraynanın energetika nazirinin rəqəmsal inkişaf, rəqəmsal transformasiyalar və rəqəmsallaşma üzrə müavini Roman Andarak deyib.
Onun sözlərinə görə, Slovakiya tərəfi Ukrayna ilə Aİ arasında assosiasiya sazişində nəzərdə tutulmuş müvafiq mexanizmi işə salarsa, Ukrayna tərəfi ekspertlər səviyyəsində mümkün problemli aspektləri həll etməyə hazırdır.
Qeyd edək ki, Slovakiyanın Baş naziri Robert Fitso Rusiya neftinin Ukrayna ərazisindən tranziti tezliklə bərpa olunmadığı təqdirdə, dizel yanacağının Ukraynaya tədarükünün dayandırılacağını bildirmişdi.
QAZİLER.AZ