Xalq artisti Ağadadaş Ağayev xəstəxana gözətçisi ilə arasında olan davaya görə ictimaiyyətdən, eləcə də dövlətdən üzr istəyib. Onun üzr istəməsi ictimaiyyətdə müzakirələrə səbəb olub.
Görəsən, tərəflər arasında barışıq olarsa, o zaman qarşı tərəfi və A.Ağayevi nə gözləyir?
Ağadadaş Ağayev üzr istəməklə məsuliyyətdən yayına biləcəkmi?
Mövzunu Globalinfo.az-a şərh edən vəkil Mehman Muradlı deyib ki, hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (xuliqanlıq) cinayət işi başladılıb.
Onun sözlərinə görə, xuliqanlıq maddəsinə adətən, xitam verilmir:
“İş artıq məhkəməyə ötürülüb. Düzdür, məhkəmə xitam verə də bilər, verməyə də. Lakin xuliqanlıq maddəsinə xitam verilmir. Amma hər halda ortada balta var. Həm də işə 3-cü hissə ilə başlanılıb. Ona görə də, orada mütləq hökm çıxarılmalıdır. Barışıq sadəcə, işi yüngülləşdirən haldır. Normalda onlar həbs də oluna bilərlər”.
Telegram kanalımız