RU

Venesuela 7 Latın Amerikası ölkəsindən tələb etdi

 

 

  Venesuela 7 Latın Amerikası ölkəsindən prezident seçkiləri ilə bağlı bəyanatlarına görə diplomatik heyətlərini dərhal geri çağırmalarını tələb edib.

  Venesuela hökumətindən verilən açıqlamada bildirilir ki, Argentina, Çili, Kosta-Rika, Peru, Panama, Dominikan və Uruqvay iyulun 28-də keçirilən prezident seçkiləri ilə bağlı ölkənin daxili işlərinə müdaxiləyə bərabər ifadələr işlətdiyi üçün bu dövlətlərin Venesueladakı diplomatik nümayəndələrini geri çəkilmələri tələb olunub.

  Öz müqəddəratını təyin etmək hüququna malik Venesuela sülh və birgəyaşayış mühitini təhdid edən bütün bu hərəkətlərə qarşı lazımi tədbirləri görməyə qadirdir. Biz seçkilərin nəticələrinə məhəl qoymamağa çalışan bu bəyanatları ən kəskin şəkildə rədd edirik".

  Qeyd edək ki, Argentina, Çili, Kosta-Rika, Peru, Panama, Dominikan və Uruqvay Venesueladakı seçkilərlə bağlı bəyanatlarında prezident seçkiləri ilə bağlı dərin narahatlıqlarını ifadə edib və nəticələri tam şəkildə nəzərdən keçirmək üçün Amerika Dövlətləri Təşkilatının (OAS) fövqəladə iclasını çağırıblar.

  Venesuela Seçki Şurasının iyulun 29-da açıqladığı nəticələrə görə, Nikolas Maduro 51,20 faiz səslə üçüncü dəfə prezident seçkilərində qalib gəlib.



Избранный
81
1
trt.net.tr

2Источники