“Məsud Pezeşkianın hakimiyyətə gəldikdən sonra İran Konstitutsiyasının 15-ci maddəsinin bəndlərində olan bir sıra tələblərin yerinə yetirilməsi ilə bağlı fəaliyyətlər məsələsi çox ciddi sual altındadır. Bunun həyata keçirilməsi məsələsi olduqca çətin görünür. Çünki 100 ildir İranda bütün sahələrdə özəlliklə tarix və mədəniyyətlə bağlı çox böyük saxtakarlıqlar olub. Tarixi, milli kimlikləri saxtalaşdırıblar. Onları təhrif və inkar ediblər. Mədəniyyətləri öz adlarına çıxarmağa çalışıblar. Hər zaman bütün məsələlərə bir fars, farsçılıq yerləşdiriblər. Bu proseslərin dəyişdirilməsi məsələsində ciddi müqavimətlər olacaq və onlar yüz illik aparılmış bu fəaliyyətlərin qarşısında gerçəklikləri ortaya qoymasa, alınmayacaq”. Bu barədə Bizimyol.info xəbər portalına Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli danışıb. Siyasi şərhçi bildirib ki, İranın siyasi coğrafiyasında müxtəlif millətlər yaşayır. Bu millətlərin varlığı, dilləri rəsmi şəkildə tanınmalıdır. Sadiq İsabəyli “Onların mədəniyyəti qorunub saxlanmalı, onların tarixi kimliyi onlara verilməlidir. Onların milli, siyasi, mədəni tələbləri də hakimiyyət tərəfindən yerinə yetirilməlidir. Rejim hər zaman çalışıb ki, assimlasiya yolu ilə, yəni insanları öz kimliyindən uzaqlaşdırmaq yolu ilə millətlərə vahid saxta fars kimliyi verməyə çalışıb. Ola bilsin ki, müxtəlif vədlər verilsin. Ola bilsin desinlər ki, biz bunu yerinə yetirməyə çalışacağıq. Müxtəlif qeyri-fars millətlərinin yaşadığı bölgələrdə və yaxud Azərbaycan türklərinin yaşadığı bölgələrdə ana dili ilə bağlı tədris aparılsın. Amma bunun davamı necə olacaq? Kitabların yazılması, müəllimlərin məsələsi necə olacaq? Bu rejim bu məsələyə büdcə ayıracaqmı? Bir çox problemlər var. Bu rejim çox ciddi özünün böhrandadır və həll etməyə cəhd etdiyi məsələlər var. Yəni yenə də qeyri-fars millətlərinin istəkləri 2-ci, 3-cü, və yaxud 4-cü sıradan olacaq. Yenə də çalışacaqlar ki, hər hansı bir formada qeyri-fars millətlərin tələbləri ilə bağlı işin görülməsi məsələsi ciddi problemlərlə qarşılaşsın”-deyən Sadiq İsabəyli vurğulayıb ki, qeyri-fars millətləri, xüsusilə Azərbaycan türkləri bu rejimə son şansı verdilər. Siyasi şərhçinin fikrincə, Məsud Pezeşkiana səs verməklə, siyasi rəhbərliyə bir yeni şans tanıdılar. Amma bu yeni şans da son şans olaraq dəyərləndirilə bilər. “Əgər onlar Azərbaycan türklərinin milli siyasi istəkləri ilə, ana dili ilə bağlı istəkləri ilə hesablaşmasalar və onu rəsmi şəkildə tanımasalar, eyni zamanda təhsil haqqının verilməsi üçün işlər görülməsə deyə bilərik ki, Azərbaycan bir dəfəlik bu rejimdən üz çevirəcək. Belə olan halda qeyri-fars millətləri yəni ərəblər, bəluclar, türkmənlər, qaşqay və s. Azərbaycana qoşulacaq və Azərbaycanın bu rejimə olan mövqeyini dəstəkləyəcəklər. Bu da o deməkdir ki, bu rejimin sonu gələcək. Məsud Pezeşkian haqqı, ədaləti bərpa etmək məsələsində ciddidirsə, elə bu gündən başlamalıdır. Qeyri-fars millətlərin 100 illik tapdalanmış haqlarını onlara qaytarmaq üçün iş görməlidir. Amma yox, bu da ancaq sözdə olacaqsa və zaman qazanmaq üçün rejim bəzi vədləri verəcəksə, rejimin elə sonuna çatmasını daha da yaxınlaşdıracaq”-deyə Sadiq İsabəyli əlavə edib. İradə Cəlil, Bizimyol.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта