...ABŞ prezidentliyinə namizəd Donald Tramp, seçkilərdə qalib gələcəyi təqdirdə senator Mark Rubionu və ya Şimali Dakota qubernatoru Duq Burqumu dövlət katibi təyin etməyi planlaşdırır. Qeyd edilir ki, bu siyasətçilərin hər ikisi əvvəllər vitse-prezidentliyə mümkün namizədlər hesab olunurdu.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Axios” portalı mənbələrə istinadən xəbər verir.
...Tramp mənbələri bizə deyir ki, keçmiş prezident Trampın iki namizədi, senator Marko Rubio və Şimali Dakota qubernatoru Duq Burqum dövlət katibi olmaq üçün mübarizə aparırlar.
Bunu bəyan edən “məlumatlı mənbələr” Trampın bütün diqqətini seçki kampaniyasına cəmlədiyi üçün indi konkret təyinatları açıqlamağa hazır olmadığını da xatırladır.
Əli Babayev