TikTok-un Sinqapurdakı baş qərargahında kütləvi zəhərlənmə baş verib, 60 nəfər zəhərlənib, onlardan 57-si xəstəxanaya yerləşdirilib.
BAKU.WS xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.
Qeyd olunur ki, bütün xəstələrdə eyni simptomlar olub: qarın ağrısı, qusma, temperatur 38+, soyuq tər, solğunluq. Hamısına qastroenterit diaqnozu qoyulub. İşçilər ofisin yeməkxanasında zəhərləniblər.
Qeyd edək ki, Amerika hökuməti uzun müddətdir ki, ByteDance-in rəhbəri Şou Tzu Çuya zərər vurmağa çalışıb.