Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulacaq.
Publika.az xəbər verir ki, son gündə daha 7 matç keçiriləcək.
Azərbaycan futbol ictimaiyyətinin diqqəti Macarıstana yönələcək. Orada “Qarabağ”ın potensial rəqibləri üz-üzə gələcək. Belarusun “Dinamo” klubu Bolqarıstan təmsilçisi “Ludoqorets”i məlum səbəblərdən məhz bu ölkədə qəbul edəcək. Bu cütün qalibi Ağdam təmsilçisinə rəqib olacaq.
Qeyd edək ki, tərəflər arasında ilk görüşdə bolqarlar 2 cavabsız qolla qələbə qazanıb.