RU

PUTİN “QAN PULU”NU 2 DƏFƏ ARTIRDI – Bu şəxslərə “fantastik məbləğlər” vəd olunur

Kreml müharibədən əvvəl rusiyalılara yaşamaq üçün vermədiyi pulları indi ölmək üçün verir...Ukraynadakı işğalçılıq müharibəsi davam etdikcə, bu “ət maşını”na könüllü getmək istəyən rusiyalıların sayı kəskin azalır. Bu səbəbdən səfərbərlik keçirməkdən qorxan Kreml öz vətəndaşlarını pulla şirnikləndirməyə çalışır...Mediaxeberler.Az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Vladimir Putin “SVO zonasında” döyüşmək üçün müqavilə bağlayanlara 400.000 rubl həcmində birdədfəlik federal ödəniş haqqında fərman imzalayıb ki, bu da əvvəlki məbləğdən (195000 rubl) iki dəfə çoxdur. Bu qayda avqustun 1-dən 2024-cü ilin sonuna qədər müqavilə bağlayacaq hərbi personala aiddir. Federal ödənişdən əlavə, onların cəlb olunduğu vilayət administrasiyalarına da əlavə ən azı 400 min rubl ödəmək tövsiyə olunur. Bu, o deməkdir ki, Ukraynaya getmək üçün müqavilə bağlayanlara avqustun 1-dən etibarən azı 800 min rubl, yəni, hazırkı rəsmi kursla üst-üstə ən azı 9200 ABŞ dolları ödəniləcək.Lakin reallıqda zatən müharibəyə gedənlər buna qədər də 10000 dolların üzərində birdəfəlik vəsait alırdılar. Belə ki, müqavilə bağlayanlara onların təmsil olunduqları vilayət rəhbərliyi tərəfindən kifayət qədər böyük məbləğlər ödənilirdi. Məsələn, 2024-cü ilin yayında bir neçə bölgə birdəfəlik ödənişləri dəfələrlə artırıb.Belə ki, Moskvada müqavilə bağlamaq üçün 1,9 milyon rubl, Sankt-Peterburqda 1,8 milyon rubl, Rostov vilayətində 1,2 milyon rubl ödənilir. Bu, müvafiq olaraq 14000-22000 dollar deməkdir. Əlbəttə ki, xüsusilə də regionlarda, böyük hissəsi səfalət içərisində yaşayan rusiyalılar üçün bunlar fantastik rəqəmlərdir.Bundan əlavə, Ukraynada “xidmət etdikləri” hər aya görə federal mərkəz rusiyalılara 2500 dollar civarında vəsait ödəyir. Həlak olanların ailələrinə isə 40000 dollara yaxın pul verirlər. Bütün bu rəqəmlər vilayətlərdən, şəhərlərdən asılı olaraq dəyişir və durmadan artır.Təbii ki, orduya könüllü qatılanlar çox olsaydı, nə Putin, nə də vilayət rəhbərləri “əlaçıqlıq” edib ödənişləri bu qədər artırmazdılar. Beləliklə, görünən odur ki, Kreml müharibədən əvvəl rusiyalılara yaşamaq üçün vermədiyi pulları indi ölmək üçün verir...Rusiya Müdafiə Nazirliyinin iyul ayına olan məlumatına görə, 2024-cü ilin əvvəlindən 190 min nəfər hərbi əməliyyatlarda iştirak etmək üçün müqavilə imzalayıb. Orta hesabla, Müdafiə Nazirliyinin məlumatına görə, gündə 1000-ə yaxın rusiyalı orduya cəlb edilir. Lakin belə aydın olur ki, “dünyanın ikinci ordusundakı” itkilərin miqyası böyük olduğundan bu qədər adamın cəlb edilməsi cəbhəni saxlamaq üçün bəs etmir və “ət maşını” daha çox qurbanlar tələb edir.C.Məmmədov

Избранный
23
1
mediaxeberleri.az

2Источники