Rusiya öz aviasiyasını qorumağa çalışır və onu quru qoşunlarında olduğu kimi Ukraynada "ətçəkən maşının"a atmır.
News365.az xəbər verir ki, bu barəd Business Insider-ə müsahibə verən ekspertlər məlumat veriblər. Qeyd edilir ki, Kreml çox güman ki, bu avia resursları NATO-ya qarşı gələcək müharibə üçün saxlayır.
"Mitchell" İnstitutunun hava qüvvələri üzrə eksperti və ABŞ Hərbi Hava Qüvvələrinin təqaüddə olan polkovnik-leytenantı Con Baum qeyd edib ki, ruslar döyüşlərə daha təkmil təyyarələri gətirə bilərlər: "Lakin onlar bunu hələ də etməyiblər”.
Xüsusilə, Rusiya Kreml tərəfindən Amerika F-35-in analoqu kimi təqdim edilən müasir Su-57 təyyarəsindən hələ də aktiv əməliyyatlarda istifadə etməyib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural
News365.az